Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında test tərtibi metodikasını təkmilləşdirmək və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədilə cari ildə 2011-ci il oktyabrın 1-dən fənlər üzrə elmi-metodiki seminarlar öz işinə başlayır. TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimllərinin iştirak etməsi nəzərdə tutulan elmi-metodiki seminarlar da eyni vaxtda öz işinə başlayır və eyni qrafiklə fəaliyyət göstərir.
Seminarlarda iştirak etmək arzusunda olanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Orta təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektoruna, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət edib qeydiyyatdan keçməlidirlər.
Ayrı-ayrı fənlər üzrə elmi-metodiki seminar məşğələlərinin cədvəli
| N | Fənnin adı
| Həftənin günü
| Başlanma vaxtı
|
| 1
| Ana dili və ədəbiyyat
| I
| 13.00
|
| 2
| Azərbaycan dili
(rus bölməsi üçün)
| I
| 15.00
|
| 3
| İngilis dili
| I
| 11.30
|
| 4
| Alman dili
| I
| 14.00
|
| 5
| Fransız dili
| I
| 15.00
|
| 6
| Kimya
| II
| 10.00
|
| 7
| Fizika
| III
| 10.00
|
| 8
| Русский язык и литература
| III
| 14.00
|
| 9
| Rus dil i(Azərbaycan bölməsində xarici dil kimi)
| III
| 15.30
|
| 10
| Şərq dilləri
| III
| 15.00
|
| 11
| Tarix
| IV
| 11.00
|
| 12
| Biologiya
| IV
| 09.00
|
| 13
| Coğrafiya
| V
| 10.00
|
| 14
| Riyaziyyat
| V
| 12.00
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlilini aparmaq, qəbul imtahanları üçün proqramları və test tərtibi metodikasını təkmilləşdirmək və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədilə 15 oktyabr 2011-ci il tarixindən etibarən informatika, psixometriya və xarici dillər (ingilis, fransız, alman, rus, fars və ərəb dilləri) üzrə elmi metodiki seminarlar təşkil edir.
Ali təhsil üzrə elmi-metodiki seminarların iş qrafiki
|
Sıra №
|
Seminarların adı
|
Həftənin günü
|
Başlanma vaxtı
|
|
1.
|
Xarici dillər(ingilis, fransız, alman,rus, fars və ərəb dilləri)
|
I
|
15.00
|
|
2.
|
İnformatika
|
II
|
15.00
|
|
3.
|
Psixometriya (Məntiq)
|
V
|
10.30
|
Seminarlar TQDK-nın binasında (Bakı ş., Akad. Həsən Əliyev küç., 17 ünvanında) keçirilir.