Tenderə dəvət
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 1 lot üzrə keçirilir:
lot 1 – Materialların çapı, komplektləşdirilməsi və verilmiş ardıcıllıqla yığılıb paketlənməsi üçün nəzərdə tutulmuş avadanlığın alınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Həsən Əliyev , 17 ünvanından ala bilərlər (Əlaqələndirici şəxs : Əliyev İ, telefon (022)-440-30-78 (daxili 117)
İştirak haqqı
lot 1 - 500 manat
Hesab: 33205019449702001207
VÖEN 1400430861
Bank: ARBB Nəsimi filialı
Kodu: 805614
VÖEN: 9900001881
M/H: 0137010002944
SWİFT: İBAZAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
10. Digər sənədlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2012-03-30 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2012-04-10 qədər Həsən Əliyev , 17 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2012-04-12 tarixində Həsən Əliyev , 17 ünvanında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasnın binasında açılacaqdır.İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI
İmtahan materiallarının çapı və komplektləşdirilməsi sistemi
Sistemin təyinatı
İmtahan materiallarının çapı və komplektləşdirilməsi sistemi (bundan sonra Sistem) verilmiş sual kitabçası şablonlarından və ya onların müxtəlif kombinasiyalarından və strukturu aşağıdakı cədvəldə verilmiş verilənlər bazasından (VB) istifadə etməklə fərdi sual kitabçalarının hazırlanması, çapı və onların imtahan zalları üzrə, verilmiş ardıcıllıqla yığılıb paketlənməsi üçün nəzərdə tutulmuşdur.
№ |
Sahənin adı
|
Tipi
|
Ölçüsü
|
Qiyməti
|
Qeyd
|
|
1
|
B_KOD
|
Sətir
|
5
|
İmtahanın keçirildiyi binanın kodu
|
Məsələn, 1233a
|
|
2
|
Z_KOD
|
Tam ədəd
|
4
|
İmtahanın keçirildiyi auditoriyanın kodu
|
Məsələn, 1212
|
|
3
|
SIRA
|
Tam ədəd
|
2
|
Sıra
|
Məsələn,. 6
|
|
4
|
YER
|
Tam ədəd
|
2
|
Yer
|
Məsələn, 4
|
|
5
|
IS_N
|
Tam ədəd
|
6
|
Abituriyentin kodu
|
Məsələn, 123123
|
|
6
|
SOY
|
Sətir (Unicode)
|
|
Abituriyentin soyadı
|
Məsələn, Əliyev
|
|
7
|
AD
|
Sətir (Unicode)
|
|
Abituriyentin adı
|
Məsələn, Vidadi
|
|
8
|
VARIANT
|
Simvol
|
1
|
Sual kitabçasının variantı
|
A,B,…Z
|
|
9
|
TEST_FAYLI_1
|
Sətir (Unicode)
|
|
Ümumi fənnlər üzrə testlərin yerləşdiyi fayl
|
Məsələn, 101A01.doc
|
|
10
|
TEST_FAYLI_2
(Opsional)
|
Sətir (Unicode)
|
|
Xarici dil fənnləri üzrə testlərin yerləşdiyi fayl
|
Məsələn, 101A02.doc
|
Prosesin təsviri
VB-dəki ardıcıllıq gözlənilməklə, hər bir abituriyent üçün tələb olunan fayllar (VB‑də 9 və 10 nömrəli sahələrdə göstərilir) A3 formatında (hər kağızda faylın 4 səhifəsi olmaqla) çap olunur. 1-ci faylın 1-ci səhifəsində müvafiq sahələrə sual kitabçasının variantı (VB-də 8 nömrəli sahədə göstərilir), auditoriyanın kodu (VB-də 2 nömrəli sahədə göstərilir), abituriyentin kodu (VB-də 5 nömrəli sahədə göstərilir), abituriyentin soyadı və adı (VB-də 6 və 7 nömrəli sahələr) daxil edilir. Bir abituriyent üçün tələb olunan bütün fayllar çap olunduqdan sonra onların çap olunduğu kağızlar ortadan qatlanaraq iki yerdən tikilir. Kitabçalar auditoriyalar üzrə qruplaşdırılır (VB-də 2 nömrəli sahənin qiyməti üzrə), bir auditoriyanın kitabçaları topa şəklində yığılıb paketlənir. Paket a) asanlıqla cırılan olmamalıdır, b) açıldıqdan sonra bərpa oluna bilməməlidir. Hər bir auditoriyanın sual kitabçaları topasının üzərində “auditoriyanın pasportu” adlanan vərəq yerləşməlidir. Bu vərəqdə binanın, auditoriyanın kodu, bütün variantlar üzrə sual kitabçalarının sayı (məsələn, A-9, B-8, C-9, D-8) və sual kitabçalarının ümumi sayı göstərilməlidir. Hər topanın aşağısında ən az 1 ədəd boş kağız olmalıdır ki, topadakı axırıncı sual kitabçasınnı sonuncu səhifəsində yazılanlar görünməsin. Bir auditoriyadakı abituriyentlərin minimal sayı 18, maksimal sayı 36-dır. Bir sual kitabçasındakı vərəqlərin minimal sayı 1, maksimal sayı 4-dür. Vərəqin formatı A3, sıxlığı 80 q/kv.m-dir. Bunlardan əlavə, sistem VB-nin hər hansı altbazası (başqa sözlə, seçilmiş auditoriyalar çoxluğu) üçün də təsvir olunan prosesi həyata keçirməyə imkan verməlidir.
Məhdudiyyətlər
40 000 abituriyent üçün A4 formatlı 16 səhifədən (A3 formatlı 4 vərəqdən) ibarət fərdi sual kitabçalarının çapına və auditoriyalar üzrə komplektləşdirilməsinə maksimum 15 saat sərf edilməlidir.
Sistemə qoyulan tələblər
Sistem fərdi sual kitabçalarının hazırlanması, çapı, kitabça formasına salınması, paketlənmə də daxil olmaqla auditoriyalar üzrə komplektləşdirilməsi kimi proseslərin inteqrasiya olunduğu, ayrılıqda götürülmüş hər bir prosesə nəzarətin təmin edildiyi tam texnoloji həlldir. Bu texnoloji həlldə texniki personalın iştirakı minimum olmalıdır (məsələn, printerdə kağız qurtaranda printerin sinisinə kağız əlavə etmək kimi).
Çap ikitərəfli olmalıdır. Hər bir kitabçanın çap olunub-olunmadığı kitabçaya vurulan ştrix-kodla yoxlanılmalıdır. Hansısa kitabçanın yararsız olduğu aşkar edildikdə prosesi saxlayıb həmin kitabçanı ayrılıqda yenidən çap etmək imkanı olmalıdır.