Xəbərlər və elanlar
22.02.2012Rus dili (Azərbaycan bölməsində) fənni üzrə elmi-metodik seminar
2012-ci il fevralın 22-də keçirilmiş seminarın işində Bakı şəhəri üzrə müxtəlif orta və ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər.

22.02.2012Fizika fənni üzrə elmi-metodiki seminar
Gündəlik məsələ, 201I-ci ildə ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının (B variantı, 46-50 saylı ) elmi-metodiki baxımdan təhlili olmuşdur.

22.02.2012TQDK sədri Qazaxıstanda işgüzar səfərdə olmuşdur
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə və Komissiyanın Sektor müdiri Oleq Şelaqinov Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin Milli Test Mərkəzinin dəvəti ilə Astana şəhərində fevralın 16-17-də “Şagirdlərin yekun attestasiyası və ali məktəblərə qəbul: təcrübə və inkişaf perspektivləri” mövzusunda keçirilmiş elmi-praktik seminarda iştirak etmişlər.

21.02.2012Kimya fənni üzrə elmi-metodiki seminar
Gündəlik məsələ, açıq tipli test tapşırıqlarının formaları və hazırlanması metodikası ilə bağlı müzakirə olmuşdur.

20.02.2012Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar
Gündəlik məsələ: 1) Mətnlər üzrə testlərin tərtib olunma qaydalarının müzakirəsi

20.02.2012Bakalavrların nəzərinə!
Magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün bakalavrlar fevralın 29-dan etibarən elektron ərizələrinə daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

20.02.2012Magistraturaya qəbul imtahanının birinci mərhələsinin vaxtı dəyişdirilmişdir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-ci il fevralın 26-da Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı ölkəmizdə geniş miqyasda xatirə tədbirlərinin keçiriləcəyini nəzərə alaraq, magistraturaya qəbul imtahanının birinci mərhələsinin mart ayının 4-də keçirilməsi barədə qərar qəbul etmişdir.

20.02.2012Ali təhsil müəssisələrinin magistraturalarına keçiriləcək müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu başa çatmışdır
Ərizələrin qəbulu internet vasitəsilə fevralın 8-dən 18-dək aparılmışdır.

20.02.2012Xarici dil (ingilis , fransız və alman dili) fənləri üzrə elmi-metodiki seminar
Gündəlik məsələ:mətn tipli test tapşırıqları nümunələrinin müzakirəsi olmuşdur.

17.02.2012Ali təhsil müəssisələrinin magistraturalarına ərizələrin təsdiqi üçün ayrılmış vaxt uzadılmışdır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası respublika ali təhsil müəssisələrinin magistratura səviyyələri üzrə müsabiqədə iştirak etmək üçün ərizələrin təsdiq müddətinin fevralın 18-dək (saat 17:00-dək) uzadılması barədə qərar qəbul etmişdir

7727
2010 © Bütün hüquqlar qorunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Komissiya ilə əlaqə