Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul

Azərbaycan Diplomatik Akademiyasının (ADA) Magistratura proqramlarına qəbul haqqında məlumat

Son məlumatlar

20.02.2012
Magistraturaya qəbul imtahanının birinci mərhələsinin vaxtı dəyişdirilmişdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-ci il fevralın 26-da Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı ölkəmizdə geniş miqyasda xatirə tədbirlərinin keçiriləcəyini nəzərə alaraq, magistraturaya qəbul imtahanının birinci mərhələsinin mart ayının 4-də keçirilməsi barədə qərar qəbul etmişdir.

20.02.2012
Ali təhsil müəssisələrinin magistraturalarına keçiriləcək müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu başa çatmışdır

Ərizələrin qəbulu internet vasitəsilə fevralın 8-dən 18-dək aparılmışdır.

15.02.2012
Magistraturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu davam edir

15 fevral 2012-ci il saat 12:30-a qədər 13192 bakalavr internetlə elektron ərizə doldurmuş, onlardan 10692 nəfəri SQK-da həmin ərizələrini təsdiqlətmişlər.

01.02.2012
“Magistr” jurnalının 2-ci sayı nəşr olunmuşdur

Birinci mərhələnin imtahanı 2012-ci il fevralın 26-da keçiriləcəkdir

12.01.2012
«Magistr» xüsusi buraxılışının 2012-ci il 1-ci sayı çap olunmuşdur

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları təsdiq edilmiş

06.12.2011
İnformatika üzrə elmi-metodiki seminar

6 dekabr 2011-ci il tarixində 2012 – 2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı ilə əlaqədar İnformatika üzrə elmi-metodiki seminarın növbəti iclası keçirilmişdir.

09.08.2011
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlandı

Qəbul olan bakalavrların siyahısı “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq.

27.07.2011
ALİ TƏHSİL TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MAGİSTRATURALARININ BOŞ QALAN PLAN YERLƏRİNƏ QƏBUL APARILIR

Azərbaycan Respublikasının ali təhsil müəs¬sisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul 2011-ci il fevralın 20-də və iyunun 26-da keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.


TQDK-nın nəşrlərinin elektron satışı sistemi
2011 © Bütün hüquqlar qorunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Komissiya ilə əlaqə