Orta ixtisas təhsili müəssisələrinə qəbul

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər ali təhsil müəssisələrinə ərizə  qəbulu zamanı ərizə verərək müvafiq ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında iştirak etməlidirlər. 

 Orta ixtisas məktəblərinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür:

  • I ixtisas qrupu — texniki, iqtisad, hüquq, pedaqoji ixtisaslar və xüsusi qabiliyyət tələb edən dizayn və bədən tərbiyəsi ixtisasları;
  • II ixtisas qrupu — kimya-texnoloji və tibb ixtisasları;
  • III ixtisas qrupu — humanitar ixtisaslar və xüsusi qabiliyyət tələb edən incəsənət və musiqi ixtisasları.

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi aparılır. Abituriyent ali təhsil müəssisələrinin boş yerləri qalan ixtisaslarını və orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını istədiyi ardıcıllıqla seçir, onları internet vasitəsilə elektron ərizə formasına daxil edir və müəyyən edilmiş müddət ərzində ixtisas seçimini təsdiqləyir. Orta ixtisas təhsili müəssisələrinin I qrup ixtisaslarını ali təhsil müəssisələrinin bütün ixtisas qrupları üzrə, II qrup ixtisaslarını ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə, III qrup ixtisaslarını isə ali təhsil müəssisələrinin III ixtisas qrupu üzrə imtahan verən abituriyentlər seçə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlər orta ixtisas təhsili müəssisələrinin yerləri və ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimində iştirak edə bilməzlər.

Online sınaq imtahanı
2011 © Bütün hüquqlar qorunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Komissiya ilə əlaqə