Beynəlxalq təlimlər

TQDK əməkdaşları Niderlandın Test Xidməti Təşkilatının (CİTO) treninqlərində iştirak etmişlər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bir qrup əməkdaşı Test Materiallarının İşlənməsi Şöbəsinin müdiri T. A. Bədəlovun rəhbərliyi ilə Niderlandın Test Xidməti Təşkilatında (CİTO) treninq keçmək məqsədilə Arnem şəhərində səfərdə olmuşlar. Treninqlər 2008-ci il mayın 19-dan 30-dək davam etmişdir. Bu müddət ərzində TQDK əməkdaşları testlərin tərtibi və müasir test nəzəriyyəsi, test tapşırıqlarının və respondentlərin latent parametrlərinin təyin edilməsi alqoritmləri və proqram təminatı ilə, həmçinin CİTO təşkilatının test imtahanlarının keçirilməsi sahəsindəki təcrübəsi ilə tanış olmuşlar.

TQDK-nın əməkdaşları Amerika Birləşmiş Ştatlarına səfər etmişlər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin başçılıq etdiyi nümayəndə heyəti ABŞ BİA-nın dəstəyi və STAR İştirakçı Təlim Proqramının vasitəçiliyi ilə «Təhsil Testi Xidməti» (Edicational Testing Service) təşkilatı tərəfindən Amerika Birləşmiş Ştatlarının Nyu Cersi ştatının Prinston şəhərində 6-17 fevral 2006-cı il tarixində keçirilən «Təhsil Testi üzrə Tədris Səfəri» proqramında iştrak etmişdir. «Təhsil Testi Xidməti» (Edicational Testing Service) 1924-cü ildə ABŞ-da yaradılmış və testin qiymətləndirilməsini keçirən bir təşkilatdır.

Onun fəaliyyət sahəsinə testlərin tədqiqatı, qiymətləndirmənin təkmilləşdirilməsi, testlərin təşkili, testlərin qiymətləndirilməsi daxildir. «Təhsil Testi üzrə Tədris Səfəri» proqramının məqsədi qərb standartlarına daha uyğun gələn imtahanların strukturunun təkmilləşdirilməsi sahəsində praktiki biliklər əldə etmək, test imtahanlarının hazırlanması, aparılması və imtahan nəticələrinin yoxlanılması işinin təkmilləşdirilməsi istiqamətində zəruri biliklər əldə etmək, tədqiqat metodologiyası sahəsində bilikləri artırmaq, ali təhsil ocaqlarına qəbul metodikasının yenidən qurulmasına dair praktiki ideyalar, təhsil sistemində korrupsiya məqamlarını müəyyənləşdirmək və bu problemi aradan götürmə yollarını araşdırmaqdır. Eyni zamanda bu təlim proqramının iştirakçıları Birləşmiş Ştatlarda olan test və qəbul sistemi, akademik testin Birləşmiş Ştatlarda necə fəaliyyət göstərməsi, akademik testlərin necə və kim tərəfindən tərtib olunması və keçirilməsi, onların necə idarə olunması və testlər üzrə tədqiqatların aparılması barədə məsələlərini öyrənmişlər. Bu tədris səfərinin bir hissəsi kimi, iştirakçılar Nyu Cersi ştatının İvinq şəhərində, Nyu Cersi Kollecinə də səfər etmişlər.















Online sınaq imtahanı
2010 © Bütün hüquqlar qorunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Komissiya ilə əlaqə